"Top təsadüfən futbolçumuzun əlinə dəydi" - Ayxan Abbasov
"Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım".
Mediasport.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sumqayıt"la səfər görüşünü şərh edib:
"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün şəhərin 75 illiyi idi.
Maraqlı və dinamik oyun oldu. Ən azı bir xalı çıxarmalıydıq. Alınmadı. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq. Çempionat gərgin keçəcək".
Xatırladaq ki, 7 oyundur qələbə qazanmayan Şamaxı klubu bu matçda 1:2 hesabı ilə məğlub olub.