Murad Musayev "Sabah"dan ayrılır? - KLUBDAN AÇIQLAMA

Murad Musayev "Sabah"dan ayrılır? - KLUBDAN AÇIQLAMA

Rusiyanın "Şinnik" klubunun nümayəndələrinin "Sabah"ın baş məşqçisi Murad Musayevlə danışıqlar aparmaq üçün Azərbaycana gəlmələri barədə xəbərlər yayılıb.

Birinci Liqa təmsilçisinin idman koordinatoru Aleksandr Pobeqalovun rusiyalı mütəxəssislə Bakıya danışıq üçün səfər etdiyini Yaroslavl klubunun baş direktoru Halimcan Xayrulin açıqlayıb.

Məsələ ilə bağlı Mediasport.az saytına açıqlama verən  "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları deyib:

"Murad Musayevin klubla müqaviləsi var. Rusiya mətbuatında oxşar xəbərlər əvvəllər də yer alıb. Baş məşqçimiz hazırda komandanın sükanı arxasındadır və başqa versiya, ümumiyyətlə, müzakirə edilməyib".

Qeyd edək ki, "Sabah"ın Murad Musayevlə müqaviləsi mövsümün sonuna qədərdir. O, Azərbaycanda 2021-ci ildən çalışır.

Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə də hallanırdı.