Avropa çempionu "Xankəndi"də

 Avropa çempionu "Xankəndi"də

Minifutbol üzrə Azərbaycan milli komandasının heyətində 2022-ci ildə Avropa çempionu olmuş Təmraz Əmircanov "Xankəndi" klubuna keçib.

Mediasport.az xəbər verir ki, 28 yaşlı təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Rəvan",  "Simurq", "Zirə", "İnter", AZAL, "Ağsu", "Füzuli" komandalarının heyətində çıxış edib.

Legioner həyatı da yaşayan Əmircanov Türkiyənin "Samandağspor" klubunun uğurları üçün çalışıb.