"Sumqayıt" yay transfer dönəmində heyətə qatdığı futbolçunu göndərdi

"Sumqayıt" yay transfer dönəmində heyətə qatdığı futbolçunu göndərdi

"Sumqayıt" yay transfer pəncərəsində komandaya cəlb etdiyi Slavişa Radoviçlə vidalaşıb.

Mediasport.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İkili vətəndaşlığa sahib olan müdafiəçi (Serbiya və Bosniya və Herseqovina) cari mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində bütün turnirlər daxil, 6 oyuna çıxıb və fərqlənməyib.