ABŞ-də dünya çempionatının keçiriləcəyi yer açıqlandı

  ABŞ-də dünya çempionatının keçiriləcəyi yer açıqlandı

Dekabrın 26-31-də ABŞ-nin Nyu York şəhərində şahmatın rapid və blits üzrə dünya çempionatının keçiriləcəyi yer məlum olub.

Mediasport.az xəbər verir ki, FİDE yarışın "Wall Street"də keçiriləcəyini açıqlayıb.

Açıq turnir Nyu Yorkun maliyyə rayonunun mərkəzində yerləşən tarixi memarlıq abidəsi olan "Cipriani Wall Street"də olacaq.

Qadınlar arasında turnir düz qarşı tərəfdə - bir vaxtlar Nyu York Bankı və Amerika Maliyyə Muzeyinin yerləşdiyi başqa bir tarixi məkan olan "48 Wall Street" ünvanında təşkil olunacaq.

Təqvimə əsasən, rapid yarışı dekabrın 26-28-də təşkil ediləcək, sonra istirahət günü olacaq, dekabrın 30-31-də isə iştirakçılar blits üzrə yarışacaqlar.

Qeyd edək ki, mundialda Azərbaycanı Eltac Səfərli, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Xanım Balacayeva təmsil edəcəklər.