Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu
Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, yunan-Roma güləşində ölkəmizi Heyətdə Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) təmsil edəcəklər.
Qadın güləşində medal ümidlərimiz Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Gülər Həbibova (59 kiloqram) və Ruzanna Məmmədova (62 kiloqram) olacaqlar.
Sərbəst güləş yarışlarında isə Vasif Bağırov (57 kiloqram), Ruslan Abdullayev (61 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Maqomed Xanıyev (70 kiloqram), Cəbrail Qadjiyev (74 kiloqram), Əli Tsokayev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Əbdülcəlil Şabanov (92 kiloqram), Aslan Abakarov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizə aparacaqlar.
650-dən çox güləşçinin iştirak edəcəyi dünya çempionatı oktyabrın 21-dən 27-dək təşkil olunacaq.