Daha iki boksçumuz dünya birinciliyində medalı qarantilədi
Azərbaycan millisinin daha iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində minimum bürünc medal qarantiləyib.
Mediasport.az xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gələrək yarımfinala çıxıb.
Təmsilçimiz final yolunda Platon Kozlovla (Rusiya) qarşılaşacaq.
Zidan Hümbətov (51 kq) isə 1/4 finalda gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib.
Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.
Beləliklə, bu gün dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.
Daha öncə Bilalhəbaşi Nəzərov (48 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) bu hüquqa yiyələnib.