Azərbaycan güləşçiləri beynəlxalq turniri 12 medalla başa vurdular
Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turniri 12 medalla başa vurublar.
MediaSport.az xəbər verir ki, yığmamızın üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal qazanıblar.
Yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü olub.
Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempionluğu təmin edibsə, Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.
Turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.