Əvvəl Fransa yığması, sonra Polşa millisi - Dünya Qadınlar Seriyasında

Əvvəl Fransa yığması, sonra Polşa millisi - Dünya Qadınlar Seriyasında

Bu gün 3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadınlar Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində mübarizəyə başlayır.

MediaSport.az xəbər verir ki, "ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisi ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 21:35-də başlanacaq.

Bakı klubu ikinci görüşündə Polşa seçməsini sınağa çəkəcək. Bu oyun saat 23:20-də start götürəcək.

Qruplarda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərinin qalibi olub.