"Sumqayıt" 2 basketbolçusu ilə müqavilənin müddətini yenilədi

"Sumqayıt" 2 basketbolçusu ilə müqavilənin müddətini yenilədi

"Sumqayıt" basketbol komandası Fərid Mahmudov və Murad Orucəliyevlə müqavilənin müddətini uzadıb.

Mediasport.az xəbər verir ki, hər iki oyunçu növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

Buna qədər klub İsmayıl Əliyevlə də müqaviləni daha 1 il uzatmışdı.

Eyni zamanda, Sumqayıt təmsilçisi forvard Derrik Nyutonu, oyunqurucuları Kalen Houkinsi və Andrey Mateyunası transfer etmişdi.