Nazir Avropa çempionu olan komanda üzvləri ilə görüşdü

Nazir Avropa çempionu olan komanda üzvləri ilə görüşdü

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 16 yaşadək basketbolçu qızlardan ibarət milli komandamızın üzvlərini qəbul edib.

MediaSport.az xəbər verir ki, nazir bir neçə gün öncə Avropa çempionu olaraq ölkəmizin bayrağını ucaldan idmançıları təbrik edib.

Qeyd edək ki, komandamız Andorrada keçirilən yarışda heç bir oyunda məğlub olmadan Avropanın ən güclüsü adını qazanıb.