"Sabah"da amerikalı
Ölkəmizi FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” turnirə hazırlıq çərçivəsində heyətini gücləndirməkdə davam edir.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı amerikalı basketbolçu Kivon Devenportla 1 illik müqavilə imzalayıb.
203 santimetr boya malik Kivon Devenport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb.
Onun son klubu Fransanın “Orlean Luare Basket” klubu olub.