"Hekken"nin itirəcəyi heç nə yoxdur, "Qarabağ"a isə qələbə lazımdır"

 "Hekken"nin itirəcəyi heç nə yoxdur, "Qarabağ"a isə qələbə lazımdır"

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində bu həftə Bakıda İsveçin "Hekken"lə qarşılaşacaq.

Təcrübəli futbol mütəxəssisi Ceyhun Sultanov oyunla bağlı fikirlərini Mediasport.az saytına bildirib.

"Favorit "Qarabağ"dır. Amma yadımızdan çıxartmayaq ki, avrokubok oyunlarında zəif komanda olmur. Potensial olaraq "Qarabağ" "Hekken"dən güclüdür. Onların itirəcəyi heç nə yoxdur, Ağdam təmsilçisinə isə qələbə lazımdır. İnanıram ki, keçəcəklər".

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlanacaq.

Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə və yaxud uduzsa, paralel keçiriləcək "Bayer" - "Molde" oyununun nəticəsindən asılı olaraq tarixində ilk dəfə Avroliqada pley-offa yüksələcək.

Əks-təqdirdə, "köhlən atlar" mübarizəni Avropa Konfrans Liqasının pley-offunda davam etdirəcəklər.


Tarverdi