Payız ölkə çempionatı yekunlaşdı
Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda Bakı, Gəncə, Naftalan, Xızı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Balakən, Bərdə, Gədəbəy, Ordubaddan 200-ə yaxın atlet mübarizə aparıb.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb.
6 km məsafədə İsmayıllı təmsilçisi Valeri Qrubski, 3 və 2 km-də müvafiq olaraq, İsgəndər Əsgərov və Rihad Mustafayev qalib olublar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyaraq növbəti dəfə Azərbaycan çempionu olub.
4 km-də Milana Xəlilova, 2 km-də Zəhra Şirəliyeva, 1 km-də Nila Heydərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
10 km məsafəyə qaçışda 40 yaşdan yuxarı atletlər arasında Elmir Əsgərov, 50 yaşdan yuxarı idmançıların mübarizəsində Dmitri Liyakov 1-ci yeri tutublar.