"Qarabağ"ın dəyəri 20 milyonu keçdi - "Transfermarkt" yenilədi

"Qarabağ"ın dəyəri 20 milyonu keçdi - "Transfermarkt" yenilədi

Azərbaycan Premyer Liqasının dəyəri artıb.

Mediasport.az xəbər verir ki, “transfermarkt” portalının yenilənmiş siyahısında çempionatın ümumi dəyəri 89,65 milyon avro göstərilib.

Liqanın ən dəyərli komandası 20,23 milyon avro ilə “Qarabağ”dır. “Neftçi” ikinci (12,88 milyon avro), “Sabah” üçüncüdür (11,75 milyon avro).

Çempionatın ən aşağı qiymətləndirilən komandası "Şamaxı" (3,03 milyon avro), ən bahalı futbolçusu isə "Qarabağ"ın hücumçusu Juninyodur (2 milyon avro).