"Qarabağ" "Səbail"ə, "Turan Tovuz" "Sabah"a qalib gəldi - YENİLƏNDİ

"Qarabağ" "Səbail"ə, "Turan Tovuz" "Sabah"a qalib gəldi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün daha 2 matç baş tutub.

Günün ilk görüşü Tovuzda keçirilib.

Ayxan Abbasovun komandası gərgin keçən dueldən qalib ayrılıb.

Çempionluğu təmin etmiş "Qarabağ" isə "Səbail"lə matçda çətinlik çəkmədən qələbə qazanıb.

Tura "Araz-Naxçıvan" - "Kəpəz" (1:2) qarşılaşması ilə start verilib.

Sabah keçiriləcək 2 görüşlə tur yekunlaşacaq.


Azərbaycan Premyer Liqası. 29-cu tur

6 aprel

"Turan Tovuz" - "Sabah" 2:0

Qollar: Aleks Souza, 26, Otto Con, 85.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Tovuz şəhər stadionu, 16:00

"Turan Tovuz": 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalveş, 9. Belajdi Pusi, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con.

Baş məşqçi: Ayxan Abbasov.

"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin.

Baş məşqçi: Krunoslav Renduliç.


"Qarabağ" - "Səbail" 4:2

Qollar: Yassin Benzia, 15, 40, Toral Bayramov, 69 (pen), Nəriman Axundzadə, 90 - Nir Bardea, 7, Rüfət Abdullazadə, 88.

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

"Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Səbail": 1. Səlahət Ağayev,74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Keta.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.

Baş məşqçi: Şahin Diniyev.