Boğazı kəsilən oyunçu xəstəxanada dünyasını dəyişib
İngiltərənin “Nottingem Panters” hokkey komandasının oyunçusu Adam Conson Böyük Britaniyada keçirilən matç zamanı aldığı xəsarət səbəbindən dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, amerikalı mərkəz oyunçusunun Britaniya Hokkey Liqasının “Şeffild Stilers”lə qarşılaşmasında rəqiblə toqquşması nəticəsində xizəyinin ülgücü ilə boğazı kəsilib.
8 min azarkeşin izlədiyi görüş yarımçıq dayandırılıb. Ağır xəsarət alan Consona ilkin tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
29 yaşlı hokkeyçi xəstəxanada həyatla vidalaşıb.