Azərbaycanın üç komandası Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın üç komandası Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın qadınlardan ibarət üç həndbol komandası 2023/2024-cü illər mövsümündə Avropa Kubokunda çıxış edəcək.

MediaSport.az xəbər verir ki, “Azəryol”, “Qarabağ” və "Kür" klubları qitə yarışında mübarizə aparacaqlar.

Bütün kollektivlər turnirə 1/32 final mərhələsindən qoşulacaq. Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinin ilk matçları 23-24 sentyabrda, cavab qarşılaşmaları 30 sentyabr-1 oktyabrda oynanılacaq.