Çempionlar Liqasında rəqib qapısına 17 cavabsız qol vurdular
Qadınlar arasında Asiya Çempionlar Liqasında futbolda az rast gəlinən hesab qeydə alınıb.
Mediasport.az xəbər verir ki, Yaponiyanın "Urava Red Daymonds" klubu Hindistan təmsilçisi "Odişa"nın qapısından 17 cavabsız top keçirib.
Saytama kollektivi ilk hissədə rəqibi 8 dəfə meydanın mərkəzinə dəvət edib, ikinci yarıda isə 9 qol vurulub.
Xatırladaq ki, "Urava Red Daymonds" Çempionlar Liqasının son qalibidir.