Millimizin Olimpiya Təsnifat turnirində oyun poqramı açıqlanıb

Millimizin Olimpiya Təsnifat turnirində oyun poqramı açıqlanıb

Qadın basketbolçulardan ibarət Azərbaycanın 3x3 millisinin Olimpiya Təsnifat turnirindəki matçlarının proqramı açıqlanıb.

Mediasport.az xəbər verir ki, turnir 12 apreldə Honqkonqda başlayacaq.

Yığmamız B qrupunda Çili, Niderland və Monqolustanla qarşılaşacaq.

İlk görüş 12 aprel, saat 11:30 Çiliyə qarşı baş tutacaq.

Digər iki matçda isə Azərbaycan 13 apreldə müvafiq olaraq, 11:55-də Monqolustan, 13:45-də Niderlandla münasibətləri aydınlaşdıracaq

Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.