Bəhram Rəcəbzadənin növbəti döyüşünün vaxtı məlum oldu

Bəhram Rəcəbzadənin növbəti döyüşünün vaxtı məlum oldu

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti döyüşünün vaxtı məlum olub.

Mediasport.az xəbər verir ki, 32 yaşlı idmançı ağır çəkidə reytinqin birincisi olan niderlandlı Levi Riqters ilə üz-üzə gələcək.

Görüş sentyabrın 21-də keçiriləcək. Levi indiyə kimi peşəkar rinqdə 20 görüşdə 18 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.

Bu döyüşün qalibi “Collision 7” turnirində “Kikboksinqin kralı” adlandırılan niderlandlı Riko Verhovenlə dünya kəməri uğrunda döyüşə çıxacaq. Duel dekabrın 7-də Niderlandda keçiriləcək.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib, 69 qələbə qazanıb, 3-də məğlub olub.