2-ci Liqanın cəzaları açıqlanıb: Həkimlər oyuna gec gəlib, azarkeşlər meydana daxil olub
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan 2-ci Liqası 4-cü turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şəfa” – “Şəmkir” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şəfa” – “Şəmkir” oyununun 90+3-cü dəqiqəsində “Şəfa” klubunun 11 nömrəli futbolçusu Samur-xan Aslanxanov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Şəfa” klubu 200 manat cərimə edilir (maddə 43.1);
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Qusar” – “Göygöl” oyununun 71-ci dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan, həmçinin oyun bitdikdən sonra meydançaya daxil olaraq etirazlara davam etdiyinə görə 2 oyun cəzalanır, “Göygöl” klubu 150 manat cərimə edilir (maddə 42.2, 56)
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Qusar” – “Göygöl” oyununun 54-cü dəqiqəsində “Göygöl” klubunun 17 nömrəli futbolçusu Emil Mürsəlov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 41);
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Qusar” – “Göygöl” oyununun 71-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Göygöl” klubu 150 manat cərimə edilir (maddə 42.3);
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Qusar” – “Göygöl” görüşündə oyun günü planına riayət edilmədiyinə görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 77.1);
25.09.2023-cü il tarixində II Liqanın IV turunun “Qusar” – “Göygöl” oyununa topdaşıyan uşaqlar təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 80 manat cərimə edilir (maddə 74.1);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilir (maddə 37);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 71-ci dəqiqəsində “Cəbrayıl” klubunun heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Cəbrayıl” klubu 400 manat cərimə edilir (maddə 61.6);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Ağdaş” – “Lerik” oyununun 78-ci dəqiqəsində “Ağdaş” klubunun 7 nömrəli futbolçusu Taryel Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Ağdaş” – “Lerik” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun azarkeşləri meydançaya daxil olduğuna görə “Ağdaş” klubu 80 manat cərimə edilir (maddə 51.2);
28.09.2023-cü il tarixində II Liqanın IV turunun “Dinamo” – “Füzuli” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37).
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Dinamo” – “Füzuli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Dinamo” klubu 100 manat cərimə edilir (maddə 72.4);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Dinamo” – “Füzuli” oyununda “Füzuli” klubunun nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiklərinə görə “Füzuli” klubu 50 manat cərimə edilir (maddə 51.8);
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Dinamo” – “Füzuli” oyununda xərəkdaşıyanların sayı Əsasnamənin tələblərinə uyğun olmadığına görə “Dinamo” klubu 80 manat cərimə edilir (maddə 74.1).