Millimiz Türkiyəyə yollandı
Çimərlik voleybolçularından ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Mediasport.az xəbər verir ki, yığma Alanya şəhərində Almaniya, Avstriya və yerli komanda ilə təlim-məşq toplanışında iştirak edəcək.
Noyabrın 22-nə qədər davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub.
Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.