Vüqar Nadirovun oynayan-məşqçi olduğu klub 2-ci Liqaya yüksəlir
Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış etmək uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, 2-ci Liqanın sonuncusu “Şəfa” və Region Liqasının finalçısı “Hypers” komandaları arasında baş tutan ilk dueli FİFA referisi Kamal Umudlu idarə edib.
İlk hissəsi qolsuz başa çatan görüşün ikinci hissəsində 2 qol vuran "Hypers" 2-ci Liqaya bir qədər yaxınlaşıb.
Xatırladaq ki, Azərbaycan milli komandası və "Qarabağ"ın keçmiş futbolçusu "Hypers"də oynayan-məşqçidir.
Cavab matçı iyunun 5-də oynanılacaq.
2-ci Liqa. Pley-off. İlk oyun
“Şəfa” - “Hypers” 0:2
Qollar: Anar Ağayev, 64,Məhəmməd Alıyev, 68.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”