Avropa çempionatı yekunlaşdı: Yığmamız turniri 5 medalla bitirdi

Avropa çempionatı yekunlaşdı: Yığmamız turniri 5 medalla bitirdi

Polşada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında şəxsi yarışlara yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisi yarışın ikinci günü 1 medal qazanıb.

Ömər Rəcəbli (81 kq) bürünc medala sahib çıxıb. O, medal uğrunda görüşdə Yaniv Aqaranova (İsrail) qalib gəlib. 

Kənan Nəsibov (+100 kq) üçüncülük uğrunda yarışda estoniyalı rəqibinə uduzub.

Nəticədə, yığmamız Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc qazanıb.

Hüseyn Allahyarov (60 kq), Fidan Əlizadə (57 kq) 1-ci, Aydan Vəliyeva (52 kq) 2-ci, Rüfət Şövlətov (73 kq) 3-cü olub.