Klublar Komitəsinin iclası keçirildi
Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokol rəhbəri Orxan Əhmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Toplantıda Premyer Liqanın cari mövsümü ərzində baş verən proseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçularının imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub. Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.