"Qarabağ"dan yeni rekord
"Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda "Kəpəz"i məğlub edib (5:0).
Mediasport.az xəbər verir ki, "köhlən atları" ölkə çempionatları tarixində yeni rekorda imza atıb.
Ağdam klubu səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
"Sarı-göylər"lə görüşdə vurulan 3-cü qol "Qarabağ"ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub.
Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən "Neftçi"nin rekordunu keçib.
"Kəpəz"lə oyunda vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb.
Yubiley topuna Aleksey Kaşşuk imza atıb.
"Qarabağ" 650 qol vurduğu səfərdə 461 oyun keçirib.