"Vüqar Həşimov" klubu Avropa Kubokunda mübarizəyə başlayır

  "Vüqar Həşimov" klubu Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün Serbiyanın Vranyaçke-Bane şəhərində klublar arasında şahmat üzrə Avropa Kubokuna start veriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycanı yarışda "Vüqar Həşimov" klubu təmsil edəcək.

İlk turda təmsilçimiz Norveçin SOSS klubuyla mübarizə aparacaq. Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.

"Vüqar Həşimov" klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin "Bayegan Pendik Chess", Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın "Sirmium Sremska Mitroviça", Ülviyyə Fətəliyeva Rumıniyanın "Super Chess" klublarında çıxış edəcək.