"Liverpul" və "Milan" Çexiya klublarına qarşı - Avropa Liqası
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub və Portuqaliyada keçirilən görüşdə qalib müəyyənləşməyib.
Qalan 7 qarşılaşma bu axşam oynanılacaq.
Mərhələnin cavab duelləri gələn həftə reallaşacaq.
UEFA Avropa Liqası. 1/8 final. İlk oyunlar
6 mart
Sportinq (Portuqaliya) - Atalanta (İtaliya) 1:1
Qollar: Paulinyo, 17 - C.Skamakka, 39.
7 mart
21:45 "Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
21:45 "Qarabağ" - "Bayer" (Almaniya)
21:45 "Sparta" (Praqa, Çexiya) - "Liverpul" (İngiltərə)
00:00 "Milan" (İtaliya) - "Slaviya" (Praqa, Çexiya)
00:00 "Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
00:00 "Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
00:00 "Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)