Azərbaycan çempionatlarında növbəti turların oyun proqramı

Azərbaycan çempionatlarında növbəti turların oyun proqramı

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.

Mediasport.az xəbər verir ki, kişilər arasında yarışda çempionluğa oynayan “Bakı” 18-ci tur çərçivəsində iddialı “Azəryol"la qarşılaşacaq.

Görüş sabah saat 14:00-da “AHF Arena”da baş tutacaq.

Aprelin 28-də lider “Kür” “Qarabağ”la üz-üzə gələcək. Matç saat 12:00-da başlanacaq.

Qadınların mübarizəsində isə 15-ci turun görüşləri keçiriləcək.

“Azəryol” və “Qarabağ” sabah saat 12:00-da "AHFArena"da münasibətlərinə aydınlıq gətirəcək.