"Fransada ailə üzvlərim, dostlarım var, amma Nantdan məyus qayıdıram"
"Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalı və Bakıda "Frayburq"u məğlub etməliyik".
mediasport.az xəbər verir ki, bu sözləri "Nant"la qarşılaşmadan sonra "Qarabağ"ın futbolçusu Abdulla Zubir deyib.
Fransalı 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan sonra "CBC Sport"a açıqlamasında matçla bağlı fikirlərini bölüşüb.
30 yaşlı hücumameylli yarımmüdafiəçi Bakıda "Frayburq"a qarşı keçirəcəkləri son tur görüşünün finala bərabər olacağını bildirib: "Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik".
Vaxtilə Fransada oynadığını xatırladan Zubir bu ölkədə möhtəşəm azarkeşlər və əla atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, Nantdan məyus qayıdıram".