"Neftçi"nin üzvü yeni mövsümə Rumıniya klubunda başlayacaq?

 "Neftçi"nin üzvü yeni mövsümə Rumıniya klubunda başlayacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yenidən Rumıniyada çıxış edə bilər.

Mediasport.az xəbər verir ki, braziliyalı futbolçu ilə keçmiş klubu ÇFR maraqlanır.

Yerli “sportmedia.ro” saytı xəbər yayıb ki, Kluj təmsilçisinin baş məşqçi postuna Dan Petresku gətirilsə, o, ilk olaraq Matiası transfer edəcək.

“Neftçi” "sambaçı"nı ötən yay məhz ÇFR-dən transfer edib.

Matiasın "ağ-qaralar"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.