"Qarabağ"la oyunda debüt etdi: "3 xal istəyirdik, amma 1 xal qazandıq"
“Olimpiakos”un heyətində dünən debüt edən qapıçı Aleksandros Pasxalakis Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyun haqda fikirlərini bildirib.
mediasport.az xəbər verir ki, 33 yaşlı qolkiper qarşılaşmanın yaxşı keçdiyini deyib.
- Qələbə qazana bilərdik. 3 xal istəyirdik, 1 xal qazandıq. Oyunun daha gərgin keçəcəyini düşünürdüm, amma yaxşı oldu. Komandama kömək etməyi bacardım. İlk andan məni isti qarşılayan komanda yoldaşlarıma təşəkkür edirəm”.