"Qarabağ" - "Zirə" finalının ev sahibi və başlanma saatı açıqlanıb
Azərbaycan Kubokunun finalının püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədovla təmsil olunub.
Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olacaq.
Final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.