"Qarabağ" 2 qələbəyə görə UEFA-dan bu qədər pul alacaq

"Qarabağ" 2 qələbəyə görə UEFA-dan bu qədər pul alacaq

Avropa Liqaqsında uğurlu çıxışını davam etdirən “Qarabağ” qazandığı xallarla yanaşı yaxşı gəlir də əldə edir.

 MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi dünənki Afina zəfərində aktivinə 3 xal yazmaqla yanaşı, UEFA-dan 630 min avro alacaq.

Qurum turnirin qrup mərhələsində hər qələbəyə görə 630 min avro verir. Kollektivin Bakıda “Nant”la oyunda da qələbə qazandığını nəzərə alsaq, UEFA-dan ümumilikdə 1 milyon 260 min avro vəsait, təxminən 2 milyon manat əldə edəcək.