UEFA "Frayburq"u cərimələdi - "Qarabağ" və "Olimpiakos"a görə

UEFA "Frayburq"u cərimələdi - "Qarabağ" və "Olimpiakos"a görə

UEFA "Qarabağ"ın Avroliqadakı rəqibi "Frayburq" komandasını cərimələyib.

mediasport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin azarkeşlərin Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la ev və II turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışlar qaydalarını kobud şəkildə pozublar.

Ali futbol qurumu Frayburq təmsilçisi ağdamlılarla görüşdə azarkeşlərinin davranışlarına görə 7 min avro, ikinci oyundakı insidentə görə isə 11 min avro cərimə ödəyəcək.

"Frayburq" - "Qarabağ" qarşılaşması almanların 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.