19 yaşlı çempion: "Uşaqlıq arzum Azərbaycan çempionu olmaq idi"
"Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi. Seçmə mərhələdə o qədər uğurlu çıxış edə bilməsəm də, son görüşlərdə oyunumu düzəltməyi bacardım".
Mediasport.az xəbər verir ki, bu sözləri kişi şahmatçılar arasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlı mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
19 yaşlı şahmatçı finalda məğlub etdiyi Məhəmməd Muradlıya ilk dəfə qalib gəldiyini xatırladıb: "Məhəmməd mənim yaxın dostumdur. Onunla finalda qarşılaşmaq maraqlı idi. Düşünürəm ki, o, həm də mənim əsas rəqiblərimdən biridir".
O, bu nəticədən sonra Azərbaycan millisində çıxış edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya 1,5 -0,5 hesabı ilə qalib gəlib.