"İnter" 20-ci ölkə çempionluğunu əzəli rəqiblə oyunda rəsmiləşdirib
"İtaliyanın "İnter" klubu tarixində 20-ci dəfə ölkə çempionu tituluna yiyələnib.
Mediasport.az xəbər verir ki, Simone İnzaginin baş məşqçisi olduğu "nerazzuri" bu zəfəri əzəli və əbədi rəqib "Milan"la nominal səfər meydanında rəsmiləşdirib.
"Rossonerilər"i A Seriyasının 33-cü turu çərçivəsində məğlub edən (2:1) kollektiv skudettonu mövsümün sonuna 5 tur qalmış əldə edib.
Milan təmsilçisi 86 xal toplamaqla əlçatmaz olub. 2-ci pillədə qərarlaşan şəhərin eyniadlı klubunun aktivində 69 xal var.
Qeyd edək ki, bu, İnzaginin baş məşqçi kimi ilk İtaliya çempionluğu olub.
Milanlılar mütəxəssisin rəhbərliyi altında bunadək iki dəfə İtaliya Kuboku (2022, 2023) və üç dəfə Superkuboku (2021, 2022, 2023) qazanıblar.
A Seriyasında ötən mövsüm çempion adına “Napoli” sahib çıxmışdı.
İtaliya A Seriyası. 33-cü tur
"Milan" - "İnter" 1:2
Qollar: Fikayo Tomori, 80 - Françesko Açerbi, 19, Markus Türam, 49.