Azərbaycan milli komandasının üzvü bir oyunda 38 qol vurdu!

Azərbaycan milli komandasının üzvü bir oyunda 38 qol vurdu!

Futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında növbəti dəfə qeyri-adi hesablar qeydə alınıb.

Mediasport.az xəbər verir ki, çempionatın XV turunda “Neftçi” “Olimpiya”nın (Ağcabədi) qapısından 41 (!) cavabsız top keçirib.

Bu qollardan 38-ni (!) "Sabah"ın müdafiəçisi Amin Seydiyevin həyat yoldaşı Aysun Seydiyeva vurub.

Turun "Sumqayıt" - "Balxurma" (Balakən) oyununda da böyük hesab olub. “Gənclik şəhəri” təmsilçisi əyalət klubunu 33:0 hesabı ilə məğlub edib.

Bu qarşılaşmalardan sonra “Sumqayıt” 39 xalla (14 oyun) liderdir. İkinci olan “Neftçi”nin (11 oyun) 30 xalı var.

Qeyd edək ki, Liqada sonuncu olan “Olimpiya” 12 görüşdə cəmi 4 qol vurub, 236 qol buraxıb.

"Balxurma"nın isə top fərqi 21-108-dir.