Ağakişi qardaşları Avropa Liqasının 1/4 finaına təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən növbəti dəfə avrokubok oyununa təyinat alıblar.
Mediasport.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Liqasının 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Rumıniyanın “Dunarea Braila” və Xovatiyanın “Podravka Vegeta” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma martın 24-də Buzeu şəhərindəki “Romeo Yamandi” zalında təşkil olunacaq.
Qeyd edək ki, komandalar arasında Xorvatiyada baş tutan ilk oyunda “ Dunarea Braila” 32:26 hesablı qələbə qazanıb.