Mançester təmsilçilərinin qolkiperləri birinci olublar

  Mançester təmsilçilərinin qolkiperləri birinci olublar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı kişi və qadın qapıçısının adını açıqlayıb.

Mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində bu ada "Mançester Siti"nin qapıçısı Ederson Moraes (145 xal) layiq görülüb.

İlk "3-lüy"ü "Aston Villa"dan Emiliano Martines, "Real"dan isə Tibo Kurtua tamamlayıb.

Qadınlar yarışında isə Mançester şəhərinin digər təmsilçisi, "qırmızı şeytanlar"ın qolkiperi Mari Earps 164 xalla rəqiblərini qabaqlayıb.

"Barselona"dan Sandro Panos ikinci, "Çelsi"dən isə Zekira Musoviç üçüncü olub.