"O, ispaniyalıdır, amma Braziliya qanı daşıyır" - Fərqli təqdimat
"Atletiko"nun və "Çelsi"nin sabiq hücumçusu Dieqo Kosta "Qremiu"ya keçib.
Mediasport.az xəbər verir ki, klubun 35 yaşlı futbolçunun keçidi ilə bağlı etdiyi paylaşımda bu sözlər yazılıb:
"O, ispaniyalıdır, amma Braziliya qanı daşıyır. Eyni zamanda, titullara sahibdir! Dieqo Kosta hücum xəttimizi gücləndirmək üçün gəlir. Avropada çoxlu çempionluq yaşayan forvard klubumun şərəfini qoruyacaq. Xoş gəldin, Dieqo!"
Kosta komandaya azad agent kimi qoşulub. Onun “Botafoqo” ilə müqaviləsi yanvarın 1-də başa çatıb.