Çempionlar Liqasında həftənin oyunçusu olmağa namizədlər

Çempionlar Liqasında həftənin oyunçusu olmağa namizədlər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, PSJ-dən Kilian Mbappe, "Bavariya"dan Harri Keyn, "Leypsiq"dən Villi Orban və "Mançester Siti"dən Manuel Akanji qalib adına namizəddir.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.