Niderland millisi ŞOK-da: 2 əsas futbolçu AVRO-2024-ü buraxacaq
Niderland milli komandası futbol üzrə Avropa çempionatının startına 3 gün qalmış şok yaşayıb.
Mediasport.az xəbər verir ki, "narıncılar"ın iki aparıcı üzvü Frenki de Yonq və Tön Koopmeyners ciddi zədə alıb.
Hər iki futbolçu İslandiya ilə yoldaşlıq matçından əvvəl keçirilən məşqdə zədələnib.
Niderland Futbol Assosisasiyası bu iki futbolçunun Almaniyada təşkil olunacaq qitə çempionatında iştirak etməyəcəyini açıqlayıb.
De Yonqun əvəzinə Dortmund "Borussiya"sında oynayan 22 yaşlı gənc Yan Maatsen dəvət edilib.