Millinin bütün futbolçularına "Şərəf" ordeni veriləcək - RƏSMİ
Tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Gürcüstan millisinin oyunçularına “Şərəf” ordeni təqdim olunacaq.
Mediasport.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət rəsmisi illərdir bu günü gözlədiyini yazıb:
“Şəxsən mən bir azarkeş kimi 30 ildir bu günü gözləyirdim. Uşaqlar bizə ən böyük xoşbəxtlik bəxş etdilər. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır. Şalva Papuaşvili (parlamentin sədri-red.) ilə birlikdə kiçik bir qərar qəbul etdik - oğlanlarımızın hər birinə "Şərəf" ordeni təqdim olunacaq”.
Qeyd edək ki, Villi Sanyolun baş məşqçisi olduğu kollektiv pley-offun final görüşündə Yunanıstana penaltilər seriyasında qalib gəlib.
Gürcüstan yığması qitə birinciliyinin F qrupunda Portuqaliya, Çexiya və Türkiyə ilə birlikdə mübarizə aparacaq.