"Barselona" rəsmilərindən ŞOK! - Messiyə "zibilxana siçovulu", "hormonal cırtdan" dedilər
"Barselona"nın idarə heyətinin keçmiş üzvlərinin şok yazışması üzə çıxıb.
mediasport.az xəbər verir ki, klub rəsmiləri vatsapp yazışmasında Lionel Messi haqqında təhqiredici ifadələr işlədiblər.
Bu haqda informasiyanı "skrin"lərlə "elPeriodico.com" saytı yayımlayıb. Məlumata görə, onlar klubun ovaxtkı prezidenti Xosep Maria Bartomeuya göndərdikləri mesajlarda Messi ilə müqavilənin yenilənməsinə qarşı çıxıblar:
"Bartomeu, o zibilxana siçovuluna qarşı yaxşı olmaq lazım deyil. Klub onun üçün hər şeyi etdi. Messi isə bizə kimləri transfer etməli olduğumuzu deyir. Onun üçün sponsorlar axtarmalıyıq. Niyə Leo ilə müqaviləni yeniləyərkən Luis Suares və Jordi Albanın sözləşmələrinin də müddətini uzatmalıyıq? Yaxud niyə Fatinin müqavilə yeniləmə haqqını qardaşı Rodriqo Messiyə ödəməliyik? O, narkotik alverçisinin ortağı olub, bizi dəfələrlə şantaj edib. Həyatını "Barselona"ya borclu olan bu hormonal cırtdana görə klubumuz əziyyət çəkdi. Pandemiya başlayanda bizə mesaj göndərdi ki, başqalarının maaşını azaldın, amma mənə və Luis Suaresə toxunmayın. Bu, bizim başımıza gələ biləcək ən pis şeydir".
Messi 2021-ci ilin avqustunda "Barselona"nın Fransanın PSJ klubuna dəyişib.