2023-ci ilin oyunçusu seçilib

2023-ci ilin oyunçusu seçilib

Asiya qitəsində 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Asiya Futbol Federasiyasının açıqlamasına əsasən, ən yaxşı futbolçu "Bavariya"da çıxış edən Kim-Min Ce seçilib.

Cənubi Koreya millisinin 27 yaşlı mərkəz müdafiəçisi sorğuda "Tottenhem"dən həmyerlisi Hön Min-Son və "Brayton"dan yaponiyalı Kaoru Mitomanı geridə qoyub.

Qeyd edək ki, Kin-Min Ce 2022/2023-cü illər mövsümündə "Napoli" ilə İtaliya çempionu olub.

O, Münhen klubuna geridə buraxdığımız yay transfer olunub.