Azərbaycan cüdoçuları Polşada Avropa çempionatında yarışacaqlar
23 yaşadək cüdoçulardan ibarət Azərbaycan milli komandası Polşanın Pila şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində 15 idmançı təmsil edəcək.
Millinin heyətinə Hüseyn Allahyarov (60 kq), Murad Muradlı (66 kq), Abil Yusubov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) daxildir.
Yarış "Mosir Pila" arenasında keçiriləcək və noyabrın 15-dən 17-dək baş tutacaq.