Azərbaycan millisi Ermənistan yığmasını darmadağın etdi - AÇ

Azərbaycan millisi Ermənistan yığmasını darmadağın etdi - AÇ

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu komandamız startda Ermənistan yığması ilə qarşılaşıb.

Cəbəllütariqdə baş tutan görüşdə millimiz rəqibini darmadağın edib - 86:59.

U-16-nın növbəti oyunu sabah Gürcüstan, iyulun 11-də isə Kipr kollektivlərinə qarşı olacaq.