NTD liderliyə yüksəldi - Azərbaycan Basketbol Liqası

NTD liderliyə yüksəldi - Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.

mediasport.az xəbər verir ki, ikinci oyun günündə "Gəncə" və NTD komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşü NTD qazanıb - 86:79.

Komanda 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Ceylon Perri (28 xal, 2 ribaund , NTD-dən isə Kuinton Kempbel, 23 xal, 5 ribaund olublar.

Turun "Neftçi İK" - "Zirvə Astara" və "Olimpik Şəki" - "AAAF Xırdalan" matçları yanvarın 14-ü və 15-də oynanılacaq.